Nazirlikdən musiqi məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı iddialara CAVAB


“R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin direktoru Səadət Eminova Seyfulla qızının qanunsuz hərəkətləri ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, S.Eminova 2022-ci il sentyabrın 15-də onbirillik musiqi məktəbinə direktor vəzifəsinə təyin edilib:

“Uşaq musiqi və incəsənət məktəblərində mühafizəçi ştatı mövcud deyil. 2022/2023-cü tədris ilində nağara sinfinə şagird qəbulu zamanı müraciətin olmaması səbəbindən hazırda məktəbdə nağara sinfi fəaliyyət göstərmir. Eyni zamanda bildiririk ki, direktorun qanunsuz hərəkətləri, o cümlədən müəllimlərin işə gəlməmələrinə şərait yaradılması, habelə maliyyə pozuntuları ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq”.

Qeyd edək ki, bəzi valideynlər sosial şəbəkələrdə musiqi məktəbində direktorun vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}