Bir oğlu yanğında ölən ana fəryad edir: “Vasifi də itirməyə dözə bilmərəm, bizə yardım edin” - FOTO


35 yaşlı Vasifin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Südabə Niftalıyeva məlumat verib.

O bildirib ki, Vasif 5 ildir sirrozdan əziyyət çəkir.

“Biz Masallı rayonunda yaşayırıq. Vasif orada yanacaqdoldurma məntəqəsində çalışırdı. İşdə halı bir neçə dəfə pisləşəndən sonra həkimə müraciət etdik və bildik ki, Vasif qaraciyər sirrozundan əziyyət çəkir. Beş ildir bu xəstəlikdən müalicə olunsa da, artıq qaraciyər köçürülməsinə ehtiyacı var”.

Südabə Niftalıyeva bildirib ki, 4 il əvvəl evlərində baş verən yanğın zamanı digər oğlu həyatını itirib:

“4 il əvvəl evimizdə yanğın baş verdi. Yanğın zamanı digər oğlum həyatını itirsə də, Vasif müxtəlif yanıq xəsarətləri ilə qurtula bildi. Hazırda qaraciyər köçürülməsi üçün Türkiyəyə getməliyik. Əməliyyat üçün lazım olan 65 000 manatın 55 500 manatını toplaya bilsək də, 9 500 manat əskiyimiz qalıb. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm. Mən bir dəfə övlad itkisini yaşamışam, Vasifi də itirməyə inanın ürəyim tab gətirməz”

Ailə ilə əlaqə: 050 345 48 59







Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}