Serebral iflicdən əziyyət çəkən Jalənin atası: “Qızımın mədə-bağırsağı yara bağlayıb” - FOTO
Səkkiz yaşlı Jalənin sizin köməyinizə ehtiyacı var. Bununla bağlı Oxu.Az-a onun atası Vüqar Məmmədov müraciət edib. O bildirib ki, qızı Jalə Məmmədovaya doğulanda peyvənd vurulub və o, iflic olub: “Qızım yerimir, otura bilmir və tam sərbəst danışmır. İki dəfə ayaqlarından əməliyyat olunub. Həkimlər deyirlər ki, müalicəsi var və reabilitasiyası davamlı olarsa, yeriyəcək. Jalə bir müddət əvvəl soyuqdəymə keçirdi. Mədəsi, bağırsağı yara bağlayıb. Jalənin aylıq müalicəsi üçün 3 000 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən qızıma kömək olmalarını xahiş edirəm”. Ailə ilə əlaqə: 055 685 12 02 Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş