Donmuş Batabat gölündən FOTOREPORTAJ


Batabat gölü - Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən şirin sulu göldür. Uçqun və sürüşmədən yaranıb. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir.

Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 hektar sahəsi olan göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, həm Naxçıvandan, həm Azərbaycanın başqa regionlarından, həm də xarici ölkələrdən turistləri özünə cəlb edir.

Burada olan ada dünyanın yeganə üzən adasıdır. Ada tamamilə torf və otdan ibarətdir və gölün dibinə qoşulmur, buna görə də yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti isə küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir.

PhotoStock.az-ın sözügedən göldən hazırladığı fotoreportajı təqdim edirik:

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}