Azərbaycanda zəlzələ olub
Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda maqnitudası 3,1 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş