Poçtun qapısına niyə qıfıl vurulub? - VİDEO


Yevlaxın Hürüuşağı kəndinin 1 000-dən artıq sakini var. Kənddə 10 ildən çoxdur fəaliyyət göstərən poçt şöbəsinin bağlanması sakinləri çətin vəziyyətə salıb.

Sakinlərin sözlərinə görə, ödəniş etmək üçün digər kəndlərdəki poçt şöbələrinə getmək onlara baha başa gəlir.

“Telefonumuz iki aydır, işləmir. Üç manat ödəmək üçün taksiyə 10 manat verməliyəm”, - deyə kənd sakini qeyd edib.

Mövcud problemlə bağlı “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova Baku TV-yə bildirib ki, məktub, bağlama, teleqram kimi klassik poçt xidmətlərinə tələbat olmadığına görə sözügedən poçt şöbəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Həmin şöbənin xidmətləri 4,5 km məsafədə yerləşən Tanrıqulular kəndindəki poçt şöbəsinə həvalə olunub.

Vurğulanıb ki, “Azərpoçt” yalnız universal poçt xidmətləri göstərmək üzrə məsuldur. Belə ki, vətəndaşlar qeyri-poçt xidmətlərini təkcə poçt şöbələrində deyil, alternativ ödəmə məntəqələrində də həyata keçirə bilərlər.

Məsələ ilə bağlı Hürüuşağı kənd bələdiyyəsi və Yevlax Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, kənd ərazisində ödəmə terminallarının quraşdırılması onların səlahiyyətində deyil.

Daha ətraflı Baku TV-nin süjetində:



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}