Əfqanıstanın İstanbuldakı baş konsulluğu işini bərpa edir
Əfqanıstanın İstanbuldakı baş konsulluğu fəaliyyətini bərpa etdirəcək. Belə ki, bu gün yayılan xəbərdə qeyd olunur ki, “Taliban” rəhbərliyi Əfqanıstanın İstanbuldakı baş konsulluğunun 4 əməkdaşını işdən çıxarıb. Bu barədə göstəriş “Taliban” hökumətində xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki tərəfindən baş konsulluğa ünvanlanan məktubda qeyd olunub. Mənbə həmçinin iddia edir ki, Türkiyə hakimiyyəti hərəkatın göndərdiyi diplomatı - Gül Məhəmməd Zadranı qəbul edərək baş konsulluğu “Taliban” iqtidarının nəzarətinə verməyə razılaşıb. Ehtimal edilir ki, İranın ardınca Türkiyə də Əfqanıstanla diplomatik münasibətləri bərpa edəcək. Mənbə: 8am.af Şəffaflıq.az
Facebook-da paylaş