Daşkənddə Özbəkistan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib - FOTO


Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Özbəkistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.

İclasın açılış mərasimində çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, İşgüzar Şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi və biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb, hər iki ölkənin sahibkarlarını fəal əməkdaşlığa çağırıb.

Tədbirdə Özbəkistanın Ticarət-Sənaye Palatası sədrinin birinci müavini və İşgüzar Şuranın həmsədri Tura Bobolov, ASK-ın vitse-prezidenti və İşgüzar Şuranın həmsədri Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agenliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də digər dövlət qurumları və işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbir əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələrlə davam edib.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}