Parlamentin komitə sədri: “Litva Türkiyə xalqı ilə birlikdə yas saxlayır”


“Litva Türkiyə xalqı və zəlzələ qurbanlarının ailələri ilə birlikdə yas saxlayır və onlara hər cür köməklik göstərir”.

Şəffaflıq.az məlumata görə, bunu Litva parlamentinin İqtisadiyyat komitəsinin sədri Kazis Starkyaviçyus deyib.

“Türkiyədə baş verən güclü zəlzələlərdən zərər çəkmiş insanlara kömək etmək üçün əlimizdən gələni edirik. Litva hökuməti digər ölkələrlə birlikdə Türkiyə ilə həmrəy olaraq olduğunun nişanəsi kimi 0,5 milyon avroluq yardım paketini təsdiqləyib.

Yanğınsöndürənlər, kinoloqlar və tibb işçilərindən ibarət Litva xilasediciləri operativ olaraq Türkiyədə axtarış-xilasetmə əməliyyatlarında beynəlxalq ictimaiyyətin birgə səylərinə qoşulublar. Lazımi avadanlıq və ləvazimatlar toplanaraq Türkiyəyə çatdırılıb. 90 çadır, 50 elektrik qızdırıcısı, 1 000 dəst yataq dəsti və s. Litvanın Türkiyəyə verdiyi dəstəyin ümumi maddi dəyəri 528 min avrodur”, - o bildirib.

Ukraynaya dəstək məsələsinə gəlincə, K.Starkyaviçyus vurğulayıb ki, Litvanın rəsmi olaraq elan etdiyi yardımın ümumi məbləği, o cümlədən Litvada ukraynalı qaçqınlara verilən dəstək artıq 800 milyon avronu keçir.

Deputat qeyd edib ki, Litvanın dövlət qurumlarının hərbi dəstəyi 365 milyon avrodan, özəl qurumlarınkı isə 40 milyon avrodan çoxdur.

Bundan əlavə, Litva cəmiyyətinin dəstəyi son dərəcə güclüdür. “Mavi-sarı”, “Kiçik, lakin güclü”, “Birlikdə güclüyük”, “Biganə deyilik”, “Uşaqları xilas edək”, “Karitas”, “Malta ordeni” və digər ictimai təşkilatlar ərzaq yardımı və digər zəruri əşyalar göndərirlər.

“Davam edən yeni RADAR adlı vəsait toplama kampaniyası cəmiyyətimizin yorulmadığını (Ukraynaya dəstək verməkdən – red.) göstərir. Bir neçə həftə ərzində Ukraynanın hava hücumundan müdafiəsi üçün çoxfunksiyalı taktiki radarların alınmasına 14 milyon avro ianə toplanıb. Ukraynada dağıntıların bərpasına gəlincə, Litva artıq Kiyev vilayətində ikitərəfli yenidənqurma layihələrini (məsələn, İrpen və Borodiankada uşaq bağçası və məktəb) həyata keçirməyə başlayır. Bundan əlavə, Litva Nikolayevdə enerji infrastrukturunun modernləşdirilməsi layihəsinə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}