Xaricdə dini təhsil alanların diplomlarının Azərbaycanda tanınması üçün mexanizm hazırlanacaq


“Xaricdə dini təhsil alanların diplomlarının tanınması üçün mexanizmlərin hazırlanması nəzərdə tutulub”.

Bunu  müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.

O bildirib ki, xaricdə dini ali və orta ixtisas təhsili almış şəxslərin diplomları qəbul olunur:

“Sənəd qəbulunda onlar iştirak edirlər. Xaricdə dini təhsil almaqla bağlı qanunvericiliyin müəyyən tələbləri var. Həmin tələblərdən biri də ondan ibarətdir ki, gənclər xaricdə dini təhsil almağa yalnız Dövlət Komitəsinin razılığı ilə dini mərkəz tərəfindən göndərilə bilərlər. İş ondadır ki, son 20 il ərzində Dövlət Komitəsinə belə bir müraciət daxil olmayıb. Ümumiyyətlə, xaricdə dini təhsil alanların diplomları ilə bağlı məsələ çox ciddidir. Nəzərdə tutulur ki, bu şəxslərin diplomlarının tanınması üçün mexanizmlər hazırlansın”. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}