Türkiyədə son 12 gündə 6000-dən çox zəlzələ baş verib


Türkiyəni sarsıdan zəlzələlərin dağıntılara səbəb olduğu əyalətlərdə afterşoklar davam edir.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması bölməsinin Baş direktoru Orhan Tatar məlumat verib.

Onun sözlərinə görə, bölgədə yeraltı təkanların ümumi sayı 6 min 40-a çatıb.

“Afterşokların 436-sı 4-5 bal, 40-ı isə 5-6 bal arasında olub”, - deyə o bildirib.

Tatar vurğulayıb ki, belə təkanlar hələ bir müddət davam edəcək.

Mənbə: Haber Global

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}