Naxçıvan MR Prokurorluğunda iki nəfər vəzifədən azad olundu


Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda iki nəfər vəzifədən azad olunub, yeni təyinatlar olub.

Şəffaflıq.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz istəkləri ilə tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Bundan başqa, Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası Ramal İbrahimovun üzərindən götürülüb və o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.

Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}