Naxçıvan şəhərinin içməli su problemi həll olunur


Naxçıvan şəhərinin içməli su problemi həll olunur.

Şəffaflıq.az xəbər verir ki, bu sahənin yenilənməsinə 2023-cü ilin yanvar ayından ayrılan vəsait hesabına Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsi tərəfindən kirəcli suyun filtrasiyası üçün nəzərdə tutulmuş "Waterland" şirkətinə məxsus 864 ədəd membranlar alınaraq quraşdırılmasına başlanılıb.

Bir həftəyə qədər davam edəcək prosesdən sonra vaxtı keçmiş bütün membranlar dəyişdirilərək əhaliyə kirəcdən təmizlənmiş su veriləcək.

Qeyd edək ki, bir neçə ildir membran və sutəmizləyici filtrlər alınıb vaxtlı-vaxtında dəyişdirilmədiyindən Naxçıvan şəhər sakinləri içməli suyun keyfiyyətindən ciddi narazılıq edirdilər. Əvvəlki illərdə bu sahəyə ayrılan vəsaitin istifadə edilməsinə Maliyyə Nazirliyi tərəfindən imkan verilmədiyindən köhnə filtrlərin dəyişdirilməsi mümkün olmamışdı.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}