Qızıl FED-in iclasından sonra həftəni sıfır dinamika ilə başa vura bilər


Qızılın qiyməti cümə günü səhər bir troy unsiyası üçün 1 930 ABŞ dolları səviyyəsinə yaxınlaşaraq cüzi düşüb.

Şəffaflıq.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,12 % və ya 2,35 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 928,45 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,32 % düşərək 1 unsiyası 23,54 ABŞ dolları təşkil edib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasından sonra qızıl həftəni sıfır dinamika ilə başa vura bilər.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,07 % düşərək təxminən 101,83 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}