Avtobusla rayonlara gedənlər biletləri necə alsınlar?


İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərar fevralın 3-dən qüvvəyə minəcək.

Qərarla bağlı ötən gündən sosial şəbəkələrdə müzakirələr davam edirir. Təbii ki, gediş haqlarının artırılması vətəndaşlar üçün o qədər də sevindirici hal deyil. Lakin digər tərəfdən də, ictimai nəqliyyatda istifadə edilən avtobusların vəziyyətindən daim şikayətlənən də elə sərnişinlər idi. Bu artım öz növbəsində sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara xəttə buraxdıqları avtobusları daha müasir və səliqəli nəqliyyat vasitələri ilə əvəz etməyə müəyyən mənada kömək edə bilər.

Maraqlı məqamlardan biri də budur ki, ötən gün axşam saatlarından etibarən Bakı Beynəlxalq Avtovağzalın rəsmi saytına (avtovagzal.az) girişdə problem yaranıb. Bu barədə məlumat sosial şəbəkədə bilet almaq istəyən sərnişinlər tərəfindən paylaşılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}