Aptekdən dərman aldılar, əvəzinə saxta pul verdilə
Bakıda aptekdə satıcıya qarşı dələduzluq olunub. Şəffaflıq.az məlumatına görə, hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı apteklərdən birində baş verib. Belə ki, müştəri qismində aptekə daxil olan kişi və qadın dərman aldıqdan sonra kassaya saxta 100 manatlıq əsginas təqdim ediblər. Daha sonra pulun qalığını götürərək hadisə yerindən uzaqlaşıblar.
Xəbəri paylaş
Facebook-da paylaş