Avropa İttifaqının Ermənistandakı missiyasının məqsədi nədir?


“Avropa İttifaqının Ermənistanda olan missiyasının tərkibi 2 000 nəfərə qədər artırıla bilər və bunda Ermənistan özü maraqlıdır. “Sülh qaranquşu” rolunu oynamaq istəyənlərin sayı hələ əvvəldən az olmayıb; təxminən 400 nəfərin gəlişi gözlənilirdi. Ancaq görünür, bu say kifayət etməyib”.

Bu barədə Rusiyanın “Telegram” kanallarından birində dərc edilən müəllif yazısında deyilir.

“Görünür, Ermənistan öz ölkəsində əsl hərbi-sülhməramlı missiyanı görmək istəyir. Beləliklə, bu gün 27 ölkənin xarici işlər naziri Avropa missiyasının yeni tərkibini təsdiqləməlidirlər. Ararat Mirzoyanın (Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri) tələsik Vyanadan Brüsselə getməsi də məhz bununla izah olunur. Bu dəfə Qərb “sülhməramlıları”nın təkcə toqquşmaların olduğu yerlərdə deyil, Azərbaycanla sərhədin bütün uzunluğu boyunca yerləşdirilməsi planlaşdırılır.

Görünən odur ki, bütün bunlar Rusiyanın Ermənistandakı mövcudluğuna son qoymaq - Rusiya Federasiyasının Gümrüdəki 102-ci bazasını oradan çıxarmaq, həmçinin çoxəsrlik dostluğa son vermək məqsədi daşıyır.

Bütün bunlar Paşinyan hökumətinin fəaliyyətinin əsasında dayanan standart Soros (ABŞ-dan olan milyarder Corc Soros - red.) ssenarisinə uyğundur.

Məqsəd Fransa ilə dostluğun çətiri altına daxil olub Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Bu mürəkkəb planın süjeti Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra, KTMT-nin baş katibi Yuri Xaçaturov həbs olunanda göründü. Xəyanətkar plan davam edir: Ermənistan açıq şəkildə birgə bəyannamələri imzalamaqdan və KTMT-nin təlimlərini keçirməkdən imtina edir. Baş verənlərə nəzər yetirərkən aydın olur ki, kulminasiya nöqtəsi yetişmək üzrədir. Və belə bir “tamaşa”nın sonu, təəssüf ki, Ermənistan dövlətçiliyi üçün faciəli olacaq.

Bəs günahkar kimdir? Rusiya əvvəllər öz qardaşlarını xilas etmişdi. Lakin bu bir daha baş verməyəcək.

Yeri gəlmişkən, regiondan kənar qüvvələrin yaranmasına açıq-aşkar mənfi münasibətini heç vaxt gizlətməyən İranın buna necə reaksiya verəcəyi də maraqlıdır”, - yazının müəllifi qeyd edir.

Mənbə: “Siloviki” “Telegram” kanalı

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}