Azərbaycan Yaxın Şərq üzrə mövqelərini yenidən qiymətləndirir
İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycanın xarici siyasətinin ərəb cəbhəsində diplomatik, strateji və iqtisadi aktivlərinin artırılması üçün yeni kanalların açılmasıdır. Yaxın Şərqdəki tarazlıq problemlərindən asılı olmayaraq, proseslər Azərbaycanın irəliləməsi üçün məqbuldur. Prezident İlham Əliyev yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə getdi və səhəri gün Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış etdi. İlham Əliyevin səfəri enerji resursları və onların diversifikasiyası sistemində Azərbaycan orbitinin cəlbediciliyini simvolizə edir. Rəmzləşən izlərin ölçüləri önümüzdəki panoramın geniş miqyas qazandığını göstərir və bizi ənginliklərə doğru yön alan axara aparır. Bu cür ölçülərdə siyasətdən tutmuş təhlükəsizliyə qədər geniş gündəlik dayanır. Şəffaflıq.az
Facebook-da paylaş