ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha 5 ay uzadıb


Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini daha 5 ay uzadıb.

Bu barədə Şəffaflıq.az-ın məlumatına görə 

"ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha 5 ay müddətinə uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında 6 ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (5 ay) uzadılmışdı.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}