Qubada 11 yaşlı uşağı yük maşını vuraraq öldürüb


Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, “QazEL” markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}