Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.


Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.

"Report"un  xəbərinə görə, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində - 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.

Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}