Hakim təyin olunan vəkillər - SİYAHI


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, yeni təyin olunan hakimlər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də var.

Həmin vəkilləri təqdim edirik:

Abbasov Zaur Vahid oğlu - Şirvan Kommersiya Məhkəməsi

Abdullayeva Aynur Aydın qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Bağırov Zamiq Rəşid oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Əlizadə Fariz Ariz oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Məmmədli Ənnağı Əbdül oğlu - Salyan Rayon Məhkəməsi

Mirzəliyev Ruslan Əsəd oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Namazova Günay Rüstəm qızı - Bakı Kommersiya Məhkəməsi

Rəcəbova Elnurə Hüseyn qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məhəmmədi Həvayət Kəmaləddin qızı - Şəmkir Rayon Məhkəməsi

Qeyd edək ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar. Ümumiyyətlə son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80%-i ötüb. Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 50%-ə qədərini qadınlar təşkil edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}