Əsas Səhifə > Cəmiyyət > Hakim təyin olunan vəkillər -
Hakim təyin olunan vəkillər -13-01-2023, 20:46 |
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, yeni təyin olunan hakimlər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də var. Həmin vəkilləri təqdim edirik: Abbasov Zaur Vahid oğlu - Şirvan Kommersiya Məhkəməsi Abdullayeva Aynur Aydın qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsi Bağırov Zamiq Rəşid oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Əlizadə Fariz Ariz oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Məmmədli Ənnağı Əbdül oğlu - Salyan Rayon Məhkəməsi Mirzəliyev Ruslan Əsəd oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Namazova Günay Rüstəm qızı - Bakı Kommersiya Məhkəməsi Rəcəbova Elnurə Hüseyn qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Məhəmmədi Həvayət Kəmaləddin qızı - Şəmkir Rayon Məhkəməsi Qeyd edək ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar. Ümumiyyətlə son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80%-i ötüb. Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 50%-ə qədərini qadınlar təşkil edir. Geri qayıt |