Xaçmazda iki qonşu evdə yanğın olub, biri tamamilə yanıb


Xaçmaz rayonunda iki qonşu evdə yanğın olub.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İmran Hacıyevə məxsus 3 otaqlı birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın qonşuluqdakı Valeh Məmmədova məxsus 3 otaqlı fərdi yaşayış evinə də keçib. Nəticədə evin 6 kvadratmetr sahəsi yanıb.

Hadisə yerində FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}