Əsas Səhifə > Cəmiyyət > Xaçmazda iki qonşu evdə yanğın olub, biri tamamilə yanıb

Xaçmazda iki qonşu evdə yanğın olub, biri tamamilə yanıb


13-01-2023, 14:24


Xaçmaz rayonunda iki qonşu evdə yanğın olub.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İmran Hacıyevə məxsus 3 otaqlı birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın qonşuluqdakı Valeh Məmmədova məxsus 3 otaqlı fərdi yaşayış evinə də keçib. Nəticədə evin 6 kvadratmetr sahəsi yanıb.

Hadisə yerində FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Geri qayıt