Ekspert: “Makronun açıqlamaları Əlcəzair ilə münasibətlərin pisləşməsinə səbəb olacaq”
“Fransa Prezidenti Emmanuel Makronun 132 illik müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəməkdən imtina etməsi ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək və iki dövlət arasında barışıq prosesini çətinləşdirəcək”. Bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) eksperti İvan Boçarov bildirib. O vurğulayıb ki, əlcəzairlilər üçün müstəmləkə keçmişinin xatirəsi heç də boş məsələ deyil. Bununla belə, ekspertin fikrincə, bunun ciddi siyasi, hətta iqtisadi fəsadlarının olacağı inandırıcı deyil. “Əvvəlki illərdə daha sərt bəyanatlar verilmişdi və bunun, hətta Əlcəzair səfirinin Parisdən geri çağırılmasına qədər daha böyük mənfi fəsadları olmuşdu. İndi bunlar baş verən deyil”, - İ.Boçarov deyib. Ekspert ötən il Emmanuel Makronun Əlcəzairə səfər etməsinin mühüm hadisə olduğunu xatırladıb və bunun ikitərəfli münasibətlərin qismən də olsa normallaşmasına töhfə verməli olduğunu bildirib. 2023-cü ildə Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Fransaya səfər edəcəyi gözlənilir. “Səfər baş tutarsa, Fransa və Əlcəzair arasında münasibətlərin tarixi ilə bağlı ölkələrin qavrayışında sıçrayış gözləməyə dəyməz. Bununla belə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini başa düşürlər”, - RIAC eksperti söyləyib. Şəffaflıq.az
Facebook-da paylaş