İlhamə Həsənova: Azərbaycan vəkilliyi tarixi inkişaf yolundadır


Ölkəmizdə hüquqşünaslıq peşəsinə yiyələnmək həmişə çətin, hətta bəzən əlçatmaz olub.

Bu ixtisasa yiyələnənlərin əksəriyyəti isə onilliklər boyu prokuror, hakim, notarius olmaq istəyiblər. Bütün bunlara nail olmayanda isə sonuncu çıxış yolu vəkillikidir. Bu, son 5 ilədək belə idi. Gəlin səmimi etiraf edək ki, vəkilliyin hüquq peşələri içində nüfuzu çox aşağı olub. Bəs səbəb? Niyə hüquqşünaslarımız bu peşəyə yiyələnmək istəmirdilər?

Sosioloqlar peşəkar həyatda xoşbəxtliyin onlarla komponentini saymışlar. Onların arasında: sərbəst iş qrafiki; yaxşı əmək haqqı; cəmiyyətdəki status; sosial təminat; minimum hesabat; həmkarları ilə yaxşı münasibətlər; rahat iş şəraiti; özünü realizə etmək; karyera yüksəlişi; təşviq və tanınma. Peşə həyatında xoşbəxt olmaq isə hər kəsin istəyidir.

Vəkillik peşəsi ilə bağlı bu komponentlərin hansı mövcud idi? Sərbəst iş qrafiki xaric, məncə heç biri. 2017-ci ildən bu günədək vəkillik peşəsinin cox böyük nüfuz qazanması reallıqdır. Bu peşə hansı xüsusiyyətlərlə zənginləşdi ki, artıq bu gün gənc hüquqşünasların əksəriyyəti vəkilliyə üz tutur?

Vəkillik təsisatı cəmiyyətdə çox yüksək statusa sahib oldu. Vəkillik müstəqil təsisatdır və son beş ildə cənab Prezidentimizin dəstəyi öz müstəqilliyini daha da möhkəmləndirdi, güclü və nüfuzlu bir təsisata çevrildi. Yüzlərlə yeni yaradılan vəkil büroları vəkilləri rahat iş şəraiti ilə təmin etdi. Dinamik şəkildə, artan templə həyata keçirilən məhkəmə hüquq islahatları vəkillərə özünü rüalizə etmək imkanları yaratdı. Vəkillər Kollegiyasının rəhbərliyi hər bir vəkilə onun peşə bacarıqlarına, xüsusiyyətlərinə uyğun diqqətli, qayğılı, fərdi yanaşma nümayiş etdirir və bununla da vəkillərin bir peşəkar kimi formalaşmasına hər cür şərait yaradır. Bu gün bir çox məqamlara karyera yüksəlişi vəkillikdən qaynaqlanır. Vəkillərimiz ən mötəbər qurumlarda fəaliyyət göstərirlər. Vəkil deputatlarımız, nazirlərimiz, hakimlərimizin sayı heç də az deyil. Vəkilliyin özündə belə karyera qazananlar, tanınanlar yüzlərlədir.

Bu peşəyə qəbul, bu peşədə tanınma, yüksəlmə hər bir dönəmdə korrupsiyadan azad olmuşdur, bu gün də elədir. Vəkilliyimiz bu gün beynəlxalq aləmdə də çox böyük nüfuz qazanmışdır. Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Birliyinə üzv olmuş, son beş ildə yüzlərlə mötəbər konfranslarda,beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Vəkillər əsl fədailər kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə də dövlətimizin, dövlətçiliyimizin keşiyindədirlər.

Bu gün peşəkar hüquqi yardım hər bir vətəndaşımız üçün əlçatandır. İnsanlar vəkillərə daha çox etimad göstərirlər və inanırlar ki, istənilən çətin vəziyyətdə, onların hüquqları yüksək keyfiyyətlə qorunacaqdır. Gənclərimizin bu peşəyə sevgisi durmadan artmaqdadır. Son beş ildə ucqar rayonlarımız, kəndlərimiz, həssas qruplara daxil olan əhalimiz də daxil olmaqla minlərlə insana pulsuz hüquqi yardım göstərilmişdir. Vəkillərimiz cəmiyyətin bütün sahələrində aktivdirlər: istər genişmiqyaslı sosial layihələrdə, istər xeyriyyəçilikdə, istər iqtisadi və sosial xarakterli tədbirlərdə, iistər qanunvericiliyin təkmilləşdirilməsində, istərsə də məhkəmə hüquq islahatlarının gerçəkləşməsində.

Xoşbəxtlik o zaman yaranır ki, fəaliyyət növü və onu müşayiət edən hər şey bizim şəxsi xüsusiyyətlərimizə uyğun gəlir. Konfutsi deyirdi ki, əgər işini sevirsənsə, həyatında bir gün belə işləməyəcəksən. Peşənin insanın ruhuna verdiyi yüngüllük, ilham - bu əsl xoşbəxtlikdir.İnsan əsas diqqətini öz həyatına sahib çıxmağa yönəltməlidir.

Bu gün vəkillərimizin əksəriyyəti öz peşəsini sevir, onunla fəxr edir. Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırov 2017-ci ildən bu günədək bir vəkil kimi öz peşəsinə sahib çıxdı, biz vəkillərə də peşəmizə sahib çıxmağı öyrətdi. Məncə peşəsinə sahib çıxan insan, xalqına, millətinə, dövlətinə də sahib çıxmağı bacarır. Ancaq hörmətli sədrimiz Anar Bağırovun da müsahibələrində səsləndirdiyi kimi “Unudulmamalıdır ki, Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələr Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafına xalqımızın layiqli lideri Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Bu baxımdan, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir". Cənab Prezidentimiz vəkillərə həmişə böyük qayğı ilə yanaşmış, güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətini daim vurğulamışdır.

Bir vəkil olaraq bilirirəm ki, bu gün peşəmin mənə verdiyi yüngüllük, ilham hissi ilə özümü xoşbəxt hiss edirəm. İnanıram ki,növbəti illərdə vəkilliyimiz inanılmaz uğurlara imza atacaq və ən nüfuzlu hüquq peşəsinə çevriləcək.

Hər bir həmkarımı “ Vəkil günü” peşə bayramı münasibətilə təbrik edirəm!

İlhamə Həsənova,

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}