Cins nisbətinin ən çox pozulduğu ölkə: Azərbaycanda niyə oğlan uşaqlarına üstünlük verilir?


Avropa Şurası Parlament Assambleyasının 2011-ci ildə qəbul etdiyi (1829 saylı) qətnaməyə görə, selektiv abortlar nəticəsində doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulduğu bir neçə Şura ölkələri sırasında Azərbaycanın da yer aldığı vurğulanıb.

Təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkəmiz doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkədir. Bu fenomenin səbəbləri və gözlənilən xoşagəlməz nəticələri, habelə BMT-nin Əhali Fondunun (UNFPA) gender əsaslı cins seçimi ilə mübarizə sahəsində gördüyü işlər barədə təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayevlə danışdıq.

Həmin müsahibəni təqdim edirik:

 - Gender əsaslı cins seçimi nədir və bununla bağlı Azərbaycanda mövcud durum necədir?

- Əfsuslar olsun ki, gender və gender bərabərliyi ilə bağlı ənənəvi inanclar hələ də geniş yayılıb və insanların zehnində dərin kök salıb. Doğulan uşaqların cinsinə görə nisbəti müəyyən bir ölkədə oğlan və ya qız uşağının üstün tutulması dərəcəsinin mühüm göstəricisi ola bilər.

Sadə dildə desək, dölün cinsinə görə hamiləliyə son verilməsi gender əsaslı cins seçiminin formalarından biridir. Və bu cür seçim, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına birbaşa təsir göstərir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}