Azərbaycanda həyata keçirilən pensiya islahatları Orta Avropa standartlarına uyğundur


Bu ilin əvvəlindən 3,4 milyon insanı əhatə edən, maliyyə tutumu illik 2,1 milyard manat olan növbəti islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı, müəllimlərin və başqalarının maaşları, bir sıra müavinət və təqaüdlər artırılıb. Minimum pensiyada artım edilib, pensiyalar indeksləşdirilərək artırılıb, pensiya alanlara maddi yardım ödənilir. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Gələn il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat (12 faiz) çoxdur. 2023-cü ildə pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.

2022-ci ilin 11 ayında pensiya ödənişlərinə 4 mlrd. 526 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 390 mln. manat (7,3 faiz) çoxdur. Pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 371 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Şəffaflıq.az-a açıqlamasında bildirilib ki, Azərbaycanda həyata keçirilən pensiya islahatları Orta Avropa standartlarına uyğundur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}