Erməniləri fəlakətə sürükləyən Arayik-Vardanyan tandemi: Tarixdən dərs çıxarılmalıdır
Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolundakı etiraz aksiyaları beş gündür davam edir. Etirazın səbəbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz talanması və torpaqlarımızda törədilən ekoloji terrordur. Məlum olduğu kimi, rusiyalı milyarder Ruben Vardanyan bir müddət əvvəl Qarabağdakı separatçıların qanunsuz hökumətində “baş nazir” postuna təyin edilib. O, Rusiya vətəndaşlığından imtina etsə də, bu ölkədəki biznesini və aktivlərini saxlayıb. R.Vardanyan 2022-ci ildə Qərbin sanksiyalarından gizlənərək Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb. Bu gün Şuşa-Xankəndi yolundakı aksiyanın da, ümumi gərginliyin də günahkarı Ruben Vardanyandır. Onunla Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin rəhbəri Arayik Arutyunyan sövdələşməsinin kökündə hərislik və qanunsuz yolla kapital toplamaq niyyəti dayanır. Şəffaflıq.az
Facebook-da paylaş