İcra başçılarının səlahiyyətlərinin azaldılması: Hakimiyyətin ikinci qolu ləğv edilir?

Ötən dövr ərzində bir çox icra başçısı yarıtmaz fəaliyyəti, rüşvət və korrupsiya bataqlığına düşməsi səbəbilə vəzifəsindən azad edildi.

Bənzər hadisələrin qısa zaman kəsiyində yaşanması cəmiyyətdə icra başçılarına qarşı böyük qəzəb doğurdu. Nəticədə isə icra hakimiyyətlərinin tam ləğvi tələbi gündəmə daşındı. Hətta ötən il dövlət başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalaması isə məsələni daha da tətiklədi. 

İcra hakimiyyətləri ilə bağlı daha bir önəmli hadisə dekabrın 10-da yaşandı. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldıldı. Artıq yerli icra hakimiyyəti başçısı Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətini itirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}