FED faiz qərarını açıqladı
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb və 4,25-4.50 %-dək müəyyənlşdirib. “Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - FED-in məlumatında qeyd olunub. Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər. Qeyd edək ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş