"Azərbaycan İstilik Elektrik Stansiyası" mənfəətlə işləməyə başlayıb



“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2021-ci ili 8,318milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, cəmiyət 2020-ci ildən 5,283 milyon manat xalis zərərlə çıxmışdı.

Şəffaflıq.az xəbər verir ki, ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 284,987 milyon manat (əvvəlki ilə nisbətən 11,5 % çox), yanacaq xərcləri 197,781 milyon manat (18,3 % çox), köhnəlmə xərcləri 46,219 milyon manat (19,5 % çox), təmir və texniki xidmət xərcləri 7,648 milyon manat (2,3 dəfə az), işçi heyətinin saxlanılması xərcləri 7,433 milyon manat (2,9 % az), xammal və material xərcləri 832 min manat (7,9 dəfə az), digər xərcləri 4,396 milyon manat (3,4 dəfə az), xarici valyuta mübadiləsindən gəliri 4 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 8,771milyon manat (95,2 % çox), digər vergi ödəmələri isə 3,593 milyon manat (16% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 597,243 milyon manat olub ki, bu da illik müqayisədə 8,8 % azdır. Hesabat dövründə Stansiyanın öhdəlikləri 35,4 % azalaraq 123,222 milyon manata düşüb, balans kapitalı isə 2,1 % artaraq 474,021 milyon manata çatıb.

Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}