"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib


"Qarabağ" "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin I tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib.

"Report" "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Europa Park" stadionunda görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}