Jurnalistlər Laçın şəhərinə səfər ediblər


Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkiləcək.

Bundan başqa, jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olacaqlar.

Səfər çərçivəsində Laçının Zabux və Sus kəndlərinə də gediləcək.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}