Qoz bütün dünyada ən faydalı məhsullardan biri sayılır.
Bu yazıda Saglamolun.az xalq təbabətində geniş istifadə olunan qoz qadıqlarının dəmləməsinin hazırlanması və faydalı xüsusiyyətləri ilə sizi tanış edir.
Dəmləməni hazırlamaq üçün 10 qozun qabıqları götürülür, yaxşı yuyulur, xırdalanır, termosa tökülür. Qabıqların üzərinə 1 stəkan qaynar su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Sonra dəmləməni süzün və sərin yerdə saxlayın.
Bu dəmləmə
- damarları təmizləyir
- təzyiqi nomallaşdırır
- yaraları və xoraları sağaldır
- babasil zamanı kömək edir
- qurdları öldürür.
Dəmləməni gündə 3 dəfə 1 x.q. olmaqla yeməkdən 15-20 dəqiqə əvvəl qəbul edin.
Həmçinin dəmləmə dəridə xoralar və yaralar zamanı islatmalar şəklində istifadə olunur.
Ağızda stomatit, yaralar, damaq iltihabları, damaqların qanaması zamanı dəmləmə ilə qarqara edin.
Babasil zamanı dəmləməni oturaq vannaları üçün istifadə etmək olar.
Şəffaflıq.az
Facebook-da paylaş