Bizi cavanlaşdıran məhsullar

 Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, azad radikallar və digər ziyanlı maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə prosesləri pozur.
Dünya alimlərin tədqiqatları nəticəsində məlum olub ki, müəyyən qidalar orqanizmi bu ziyanlı maddələrdən təmizləyir, qocalma prosesləri hüceyrə səviyyəsində ləngidir, orqanizmə cavanlaşdırıcı təsir edir. Lakin belə qidaları mümkün qədər tez-tez qəbul etmək lazımdır.
Beləliklə, orqanizmi cavanlaşdıran qidalar:
- Üzüm.
Amerika alimləri tədqiqatlar nəticəsində belə qərara gəldilər ki, üzümün (xüsusilə üzümün tünd növlərininin) tərkibində olan maddələr orqanizmə cavanlaşdırıcı təsir edir, hüceyrələrdə toplaşaraq toxumaların qocalmasına səbəb olan azad radikalları orqanizmdən xaric edir.
Bundan əlavə üzüm dərinin vəziyyətinə də çox müsbət təsir edir, dəridə qırışların əmələ gəlməsinin qarşısını alır.
Bütün dediklərimizi kişmişə də aid etmək olur.
- Çay.
Çayın (qara, yaşıl, qırmızı, ağ) da cavanlığı saxlayan xüsusiyyətləri var. Lakin bunun üçün çayı düzgün dəmləmək lazımdır. Çayın düzgün dəmləməsi haqqında bu VİDEO-da söhbət gedir.
- Yulaf yarması.
Yulaf yarması orqanizmi cavanlaşdıran qidalardan biridir. Bu yarmadan bişirilmiş sıyıqlar və kisel orqanizmin selikli qişalarını təmizləyir və onları müalicə edir, qara ciyərin funksiyalarına müsbət təsir edir, mübadilə prosessləri yaxşılaşdırır, orqanizmi çox effektli şəkildə şlaklar və toksinlərdən təmizləyir. Daim yulaf yarmasından sıyıqlar, kisel qəbul edən insan müəyyən müddətdən sonra özünü daha yüngül və gümrah hiss etməyə başlayır.
Yulaf yarmasından bişirilmiş kisel çox effektli şəkildə orqanizmi ziyanlı maddələrdən təmizləyir və həmçinin arıqlama da kömək edir. Bunun üçün hər qida qəbulundan əvvəl 1/2 stəkan yulaf kiselini içmək lazımdır. Yulaf kiselinin hazırlanma üsulları çoxdur. Ən sadə üsul belədir: 1/2 paçka yulaf yarmasının ("herkules") üzərinə 1,5 l qaynanmış su əlavə edin və 2 gün ərzində isti yerdə saxlayın. Daha sonra süzün və vam odda qarışdıra-qarışdıra 1-2 dəqiqə ərzində qaynadın. Hazır kiseli soyuducuda saxlayın. Qəbul etdikdən əvvəl kiseli bir qədər isindirin.
- Bitki yağları.
Tərkibində çoxlu E vitamini olan bitki yağları orqanizmi cavanlaşdırır. E vitamini güclü antioksidantdır. Bu vitamin orqanizmdə gedən qocalma prosesləri ləndigir, orqanizmdən azad radikalları və toksinləri xaric edir. Balqabaq tumları, qoz, zeytun yağları ən xeyirli yağlar sayılır.
- Süd məhsulları.
Bildiyimiz kimi, süd məhsulları (xama, qatıq, kefir, pendir və s.) bizim həzm sistemimizə çox müsbət təsir edir. Bundan əlavə süd məhsulları insanın dərisinin, saçların, dırnaqların vəziyyətini də yaxşılaşdırır və onları cavanlaşdırır.
- Düyü.
Düyü (aşın hazırlanmasında istifadə edilən düyü yox, yumuru ağ düyü, qəhvəyi düyü) unikal xüsusiyyətlərinə malikdir. Düyü orqanizmdə olan toksinləri hopdurur və onları orqanizmdən xaric edir. Bunun üçün həftədə 2-3 dəfə 100-150 qr bişmiş düyü (duzsuz və yağsız) qəbul etmək lazımdır.
- Dəniz balığı.
Dəniz balığı da orqanizmi cavanlaşdırır, ürəyin və beyinin funksiyalarını yaxşılaşdırır, bədən və üz dərisinin elastikliyini artırır. Həftədə bir neçə dəfə sobada qızardılmış (yağda yox) balıq yemək lazımdır.
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}