Günün qoroskopu: Səbrli, təmkinli olun.

 Qoç - ayın ən əlverişli və yaxşı günlərindən biridir. Problemlərin sürətli həlli, sürprizlər, xoş görüşlər istisna deyil.

Çətin məsələləri kollektivdə həll etmək olar. İdeya və xəbərləri dostlarla bölüşün. Təhsil, tədris, intellektual fəaliyyət üçün yaxşı gündür.

Dəvət aldığınız tədbirə qatılın.
Günün ikinci yarısında ev işlərini görə bilərsiniz. İşləri dürüst planlaşdırmağa çalışın. Əks halda ailə mikroiqlimində nevroz durum yarana bilər.

Axşam saatlarında planlar pozulacaq.
İstirahət etməyə, stressdən qurtulmağa çalışın.

Buğa - ev işlərini ön plana çıxarmayın. İşgüzar əməkdaşlıq, danışıqlar, müxtəlif dövlət instansiyalarına baş çəkmək müsbət nəticələr verəcək. Danışıqlar aparmaq, gərəkli informasiyanı almaq, sənədləşdirmə aparmaq çətin deyil.

Maliyyə və karyera perspektivlərini işdə rəhbərliklə müzakirə edə bilərsiniz. Bütün qərar və hərəkətlərinizdə məntiqli olun. Spontan qərarlar yalnız zərər verə bilər.

Amma fərdi stil, qəfil ideyaları da unutmayın.
Şəxsi münasibətlərdə xoş gündür.

Səhhətinizə fikir verin. Axşam saatlarında istirahət edin.

Əkizlər - eyni zamanda bir neçə istiqamətdə çalışmaq, proseslərdəki məzmunu dərhal aydın etmək, situativ qərarlar vermək gərəkdir. İnformasiya çoxdur.
Amma alınan məlumatları yerbəyer edin, prosesləri nəzarətdə saxlayın.

Əsas xətti ayırın, önəmli olmayan məsələləri inandığınız insana həvalə edin. Kimsənin sizə mane olmasına şərait yaratmayın.
Müsbət emosiyaların axını yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağınıza səbəb olacaq.

Günün ikinci yarısında maraq və status baxımından sizə yaxın olan insanlarla çalışın. Yeni ideyalar, təəssürat və informasiyalar istisna deyil.

İmicinizdə nəyi dəyişmək istədiyinizi düşünün.
İmkanınız varsa, alış-veriş üçün uğurlu gündür.

Xərçəng - yaşam arealınızı qapalı etməyin. İstənilən an yeni təmasa hazır olun. Rekonstruksiya və hazırlıq prosedurlarına başlayın.
İmkanlarınızı dəyərləndirin, ehtiyatlarınızı nəzərdən keçirin. Planlarınızın həyata keçirilməsi üçün hansı mütəxəssislərin cəlb olunmasını yəqinləşdirmək üçün məsləhətləşmə keçirə bilərsiniz.

Gözlənilməyən çətinləşmələrə səbəb ola biləcək mübahisə və ya dartışmalara rəvac verməyin.
Çalışdığınız yerdə cari işlərin axarına yenilənmə edin. Tələbat varsa, daha da aktiv olun. Qaydaya nəzarət edin.

Yaşananlarda dərhal dürüst istiqaməti seçin.

Şir - münasibətlərdəki dəyişikliklər sizə xoş hisslər yaşada bilər. Yeni layihələr, danışıqlar üçün yaxşı vaxtdır. Söhbətlərdə çoxsaylı ideyalar təşəkkül tapacaq.

Şəxsi münasibətlər üçün ecazkar, amma bir qədər qəribə və intizarlı vaxtdır.
Həssas, səmimi, zərif olun. Ümumi maraq və fikirlərdə kəsişmə nöqtələri var.

Çətinliklər və qəfil problemlərin öhdəsindən tək gəlməyə çalışmaqdansa, etibar etdiyiniz insanın köməyindən yararlanın.

Axşam saatlarında istirahət edin.

Qız - dövlət qurumlarında, özəl instansiyalarda problemi həll etmək, hüquqi məsləhət almaq üçün yaxşı gündür.

Ehtiyac yaranarsa, yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edə bilər.

Planlarınızla ziddiyyət təşkil edəcək olay yaşanacaq. Səbrli və təmkinli olun, hövsələli davranın.
Heç bir halda münasibətləri korlamayın, münaqişəyə başlamayın. Üzdə olan problemi anlamağa, onu həll etməyə çalışın.

Axşam saatlarında sevdiyiniz insana sürpriz bəxş edin.
Təhsil və biliklərin artırılması, təcrübənin zənginləşdirilməsi, informasiya axtarışı ilə məşğul olmaq məsləhətdir.

Tərəzi - etibar etdiyiniz, inandığınız insanların məsləhətlərinə qulaq asın. Eqoizm və təşəxxüs qüvvələrinizi, potensialınızı dürüst qiymətləndirməyə mane ola bilər.

Yaranan imkanlardan istifadə edin. Detallarla təfərrüatlara xüsusi diqqət yetirin. Xaosu aradan qaldırın, informasiyanı sistemləşdirin.

Valideynlərlə söhbət, ailə planlarının müzakirəsi, vədlərin yerinə yetirilməsi üçün yaxşı gündür. Şəxsi münasibətlərdə sürprizlər ola bilər.

Günün ikinci yarısı sizi sevindirə biləcək xəbərlə yadda qalacaq.

Maraqlarınıza pozitiv təsir edə biləcək hadisə yaşanacaq.

Əqrəb - çətin gündür. Gərginlik artır. Problemi məntiq və soyuqqanlılıqla həll edin. Qəfil amilin gözləntilərinizi alt-üst etməsinə imkan verməyin.

Rəqibiniz güclüdür. Energetikanız yaxın ətrafınızdakı insanlara ciddi təsir edəcək. Bu amildən cari işlərin səhmana salınması üçün istifadə edin.

Nəzərinizdə tutduğunuz layihəni reallaşdırın. Lakin planı reallaşdırıb getmək yanlışlıq olacaq. Sizinlə bağlı gözləntilər var.

Qarşı tərəf barədə düşündüklərinizin hamısını demək fikrindən daşının. Risk və münaqişələr ehtimalını artırmayın.

Stressdən alış-veriş vasitəsilə qurtulmaq doğru variant deyil.
Axşam saatlarında yaxşıca istirahət edin.

Oxatan - maraqlı insanlarla söhbətdə, işdəki toplantıda və ya tərəfdaşla müzakirədə maraqlı ideya yarana bilər.

Həmin ideyanın mühümlüyünü dəyərləndirin, önəmli məqamları nəzərdən qaçırmayın. İşlərdə və münasibətlərdə sıçrayışa, yeni səviyyəyə yüksəlməyinizə rəvac verə biləcək unikal gündür.

Ehtiyatlı olun - hadisələr sizə sürprizlər hazırlyır. Həyatın verdiyi nemətlərdən yararlanın. Səhhətinizi qoruyun.
Ürək-damar sistemində problem yarana bilər.

Təmkinli olun, vaxtında dayanmağı bacarın. İstənilən situasiyada aksenti hiss edin.
Şəxsi və işgüzar tərəfdaşlıq məsələləri təşəbbüsünüz, iştirakınız olmadan həllini tapmayacaq.

Oğlaq - kollektivdə ciddi mübahisə, şəxsi münasibətlərdə isə gələcək planlarla bağlı dartışma ola bilər. Söhbət zamanı səsinizi yüksəltməyin, səbrli olun.

Mövcud problemlərin gözlənilməz həll yolunu aşkarlaya bilərsiniz. Xüsusi marağınızın olduğu işin effektiviliyinin artırılması ilə bağlı maraqlı ideyanı reallaşdırın.

Yollardakı tıxacları, qəza riskini, informasiya məkanındakı yalanları nəzərə alın. Enerji bolluğu və təşəbbüs istəyindən eyforiyaya qapılmayın.

İntensiv intellektual fəaliyyət yaxşı nəticə verəcək.
Axşam saatlarında rahat, sakit istirahəti təmin edin.

Dolça - istənilən iş üçün uğurlu gündür. Səhər saatlarından etibarən aktiv olun. Aktual məsələlərin müzakirə olunduğu toplantı müsbət nəticə verə bilər.

Dostlarla təhlil, həmkarlarla diskussiyalarda xeyir var.
Rabitədə problemlər, informasiya təminatındakı qarışıqlıq son həftələrdə yaranan müşküllərin çözülməsini, işlərin sistemləşdirilməsi və qaydaya salınmasını tələb edir.

Günün ilk yarısında alacağınız tapşırığı axşam saatlarına yaxın başa vurun.
Yaradıcılıq imkanlarınızı və potensialı aktivləşdirin. İşlər arta bilər.

Axşam saatlarında yeni ideyaların yaranması, fəaliyyətin əvvəlki effektivliyinin bərpası istisna deyil.
Şəxsi münasibətlərdə dönüş yaşanacaq.

Dəyişikliklər istəyirsinizsə, fəal olun.

Balıqlar - sakit yaşamınızda təlatümlü dalğalar yarana bilər. Ayın ən önəmli gününü yaşayırsınız. Yeniliklər və dəyişikliklərə, qəfil hadisəyə, rolların dəyişməsinə hazır olun.

Yeni tanışlıq, əlaqə və faydalı informasiyaya yiyələnmək imkanını əldən verməyin.
Təhlükəsizliyinizə riayət edin, faydasız və gərgin söhbətlərə qatılmayın.

Sevdiyiniz işlə məşğul olun, maraqlarınızı təmin edin.
İdeyanız tezliklə reallaşa bilər.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə narazılıq, münaqişə istisna deyil. Münasibətlərin ənənəvi, əvvəlki modeli sizi qane etməsə də, yeni model formalaşmayıb.

Səbrli, təmkinli olun.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}