Rasim Əliyevlə bağlı sərəncam


 Azərbaycan Prezidenti İlham Əliyev memar Rasim Əliyevlə bağlı sərəncam imzalayıb. 
Şəffaflıq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan SSRİ əməkdar memarı, Dövlət mükafatı laureatı olan Rasim Əliyevin sabah 84 yaşı tamam olur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}