Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsəsən, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, 12 iyul tarixində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir.
Şəffaflıq.az
Facebook-da paylaş