Əsas Səhifə > Cəmiyyət > Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı13-07-2021, 13:20 |
Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsəsən, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir. Belə ki, 12 iyul tarixində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub. Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Şəffaflıq.az Geri qayıt |