Şuşada inşa olunacaq yeni məscid necə olacaq? - FOTO

 

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva ilə Leyla Əliyeva Şuşa şəhərində inşa ediləcək məscidin təməlqoyma mərasimində iştirak ediblər.

Məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın on birinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.

Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.

Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}