“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfransı keçirildi.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini cənab İntiqam Babayevin rəhbərliyi ilə keçirilən tədbirdə çıxış edən natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışdılar. Bununla yanaşı, çıxışçılar bu gün İslam aləmində gedən proseslərdən, dinin insanın formalaşmasındakı rolundan, din-elm münasibətlərindən, dövlətin din siyasətindən, dini dəyərlərin əhəmiyyətindən və bu istiqamətdə gənclərin qarşısında duran əsas vəzifələrdən söz açdılar.
Facebook-da paylaş
