ABŞ-da koronavirus qurbanlarının sayı üç müharibədə ölənlərin sayından çoxdur

 

Con Hopkins Universitetinin məlumatlarına görə, ABŞ-da koronavirus qurbanlarının sayı 500 mini keçib.

Şəffaflıq.az “The New York Times” nəşrinə istinadən qeyd edir ki, bu, birinci və ikinci Dünya müharibələri, habelə Vyetnam müharibəsi zamanı ABŞ-ın verdiyi itkilərdən daha çoxdur.

ABŞ-ın Veteranların İşləri üzrə Nazirliyindən verilən məlumata görə, birinci Dünya müharibəsindəki döyüşlər zamanı 53.4 min, digər səbəblərdən 63.1 min, ikinci Dünya müharibəsində döyüşdə 291.5 min, qeyri-döyüş şəraitində 113.8 min, Vyetnam müharibəsi zamanı hərbi əməliyyatlarda 47.4 min, döyüş xaricində isə 10.8 min ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirusa yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada birinci yeri tutur. Pandemiya dövründə ölkədə 28,1 milyon insan xəstələnib. Bu göstərici üzrə ikinci yerdə Hindistan (təxminən 11 milyon), üçüncü yerdə isə Braziliyadır (10,2 milyon).  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}