Hidrogenlə çalışan təcili yardım maşını təqdim olundu

 

Britaniyanın “UELMCo” şirkəti artıq bu il hidrogenlə işləyən təcili yardım maşınını London küçələrinə buraxmaq niyyətindədir.

Şəffaflıq.az Motor.ru portalına istinadən məlumat verir ki, ekoloji təmiz nəqliyyat vasitəsi “Zerro” layihəsi çərçivəsində yaradılıb. Onun hazırlanmasında “UELMCo” ilə yanaşı bir sıra digər şirkətlər də iştirak edib.

Elektromobildə 92 kvt/saatlıq batareya, həmçinin 8 kq tutumu olan hidrogen balonu quraşdırılacaq ki, bu da təcili yardımın 320 km məsafə qət etməsi üçün kifayət edəcək. Nəqliyyat vasitəsinin yükgötürmə qabilləyi 900 kq, maksimal sürəti isə 145 km/saat olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}