Əsas Səhifə > Mədəniyyət > Beynəlxalq Musiqi Festivalının iştirakçıları Üzeyir Hacıbəyovun məzarını ziyarət ediblər

Beynəlxalq Musiqi Festivalının iştirakçıları Üzeyir Hacıbəyovun məzarını ziyarət ediblər


Bu gün, 12:51


Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı münasibətilə görkəmli musiqiçi, bəstəkar SSRİ Xalq artisti Üzeyir Hacıbəyovun və digər bəstəkar və musiqiçilərin Fəxri xiyabandakı məzarları ziyarət olunub.

Şəffaflıq.az-ın məlumatına görə, ziyarətdə mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, nazirliyin əməkdaşları, Türk dövlətlərinin bəstəkarlar ittifaqlarının rəsmiləri, eləcə də bir sıra mədəni-ictimai xadimlər iştirak ediblər.

Beynəlxalq Musiqi Festivalının iştirakçıları əvvəlcə I Fəxri xiyabanda Ümummili Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

İştirakçılar daha sonra görkəmli musiqiçilərin məzarlarına gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, 18-30 sentyabr tarixlərini əhatə edəcək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin bir sıra bölgəsində silsilə tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.


Geri qayıt