Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək
Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək10-06-2025, 09:50 |
ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə Milli Qvardiyanın əlavə 2 min hərbçisinin göndərilməsi barədə göstəriş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom “X”də yazıb. Qubernator əmindir ki, Tramp belə bir əmri ictimai təhlükəsizlik maraqları naminə vermir: “Əvvəllər Los-Ancelesə göndərilmiş Milli Qvardiyanin 2 min hərbçisindən yalnız 300-ü iğtişaşlara qarşı fəal iştirak edir, qalanları isə federal agentliyin binalarında boş oturur”. Geri qayıt |