Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir19-05-2025, 13:05 |
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Şəffaflıq.az xəbər verir ki, Azərbaycanı təmsil edən nümayəndə heyəti artıq Tacikistan paytaxtına çatıb. Mayın 22-dək davam edəcək tədbirlərdə Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən zəngin proqram nümayiş olunacaq. Proqramın açılış mərasimi ilə bağlı qala konsert mayın 20-də baş tutacaq. Tədbirlər və konsert proqramları Düşənbə ilə yanaşı, Danqara şəhərində də olacaq. Xatırladaq ki, Azərbaycanda Tacikistan Mədəniyyət Günləri ilk dəfə 2007-ci ildə, Tacikistanda isə Azərbaycan Mədəniyyəti Günləri 2008-ci ildə keçirilib. Sonuncu dəfə 2024-cü ilin mayında Bakı və Gəncə şəhərlərində Tacikistan Mədəniyyəti Günləri təşkil olunub. Geri qayıt |