Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq28-08-2023, 17:08 |
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması və aparılması nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb. Bundan başqa, Strategiyanın əhatə etdiyi dövr ərzində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur: - informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi; - informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinin, insidentləri və kritik halları aşkarlama meyarlarının müəyyən edilməsinin və tətbiqinin təmin olunması; - informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi, bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində startapların fəaliyyətinin genişləndirilməsi; - informasiyalaşdırma obyektlərində, texniki xidmət və informasiya xidməti subyektlərində informasiya təhlükəsizliyini idarəetmə sistemlərinin (İTİS-lərin) formalaşdırılmasının, onların səmərəlilik səviyyələrinin ölçülməsinin təmin edilməsi; - fərdi məlumatların mühafizəsinin gücləndirilməsi; - İKT- xidmət subyektlərində fəaliyyətin təkmilləşdirilməsi; - “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi; - mediada, o cümlədən milli rəqəmsal efir məkanında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin davamlı təkmilləşdirilməsi; - kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmini; - fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini və onun idarə edilməsini təmin etmək üçün təşkilati əsasların yaradılması; - kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihətəcrübə işlərinin real tətbiqləri nəticəsində rəqabətədavamlı məhsulların işlənməsi və hazırlanması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün kompetensiya (bilik, bacarıq və səriştə) tələbatları, tədris və təlim proqramları, maarifləndirmə materialları bazasının formalaşdırılması və aktuallığının davamlı təmin olunması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsinin təmin olunması; - informasiya təhlükəsizliyi sahəsində ali təhsil almış məzunların ixtisası üzrə məşğulluq səviyyəsinin yüksəldilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşan yeniyetmə və gənclərin təhdidlərdən mühafizəsinin təşkili; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və texniki normativ alətlərin öyrənilməsi, informasiya təhlükəsizliyi və əlaqəli sahələrə aid beynəlxalq mənbələrin praktiki tövsiyələrinin təşviqi; - cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin təmin edilməsi; - internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması; - informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə tətbiqinin genişləndirilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının məhsullarından ölkəmizdə vahid yanaşma ilə uyğunlaşdırılmış formada istifadənin təmin olunması və İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların davamlı təkmilləşdirilməsi; - informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını təmin edən təhsil müəssisələrinin səmərəliliyinin artırılması, yeni təhsil mərkəzlərinin formalaşdırılması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq şirkətlərlə birgə laboratoriyaların formalaşdırılması. Geri qayıt |