Əsas Səhifə > SİYASƏT > Putin ölkəsindəki “37-ci il” ab-havası ilə bağlı suala cavab verdi
Putin ölkəsindəki “37-ci il” ab-havası ilə bağlı suala cavab verdi30-07-2023, 11:05 |
Rusiya Prezidenti Vladimir Putin "Rusiya - Afrika" sammitinin yekunlarına dair mətbuat konfransında "yeni 37-ci il" barədə danışıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, "Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikov Rusiya Prezidentinə müxalifətçilərin həbsi ilə bağlı sual ünvanlayıb. Jurnalist Putinə həbs edilmiş sosioloq Boris Kaqarlitskinin (onun barəsində Kerç körpüsündə partlayışla bağlı yazıya görə terrora haqq qazandırmaq maddəsi üzrə cinayət iş açılıb), eləcə də teatr direktoru Yevgeni Berkoviçin (o, İŞİD tərəfindən cəlb edilmiş rusiyalı qadınlar haqqında tamaşaya görə terrorçuluğa haqq qazandırmaqda ittiham olunur) adlarını çəkib. Kolesnikov soruşub:
Putin cavab verib:
Rusiya Prezidenti bir neçə dəfə Kolesnikovun kimdən söz açdığı bilmədiyini deyib: "Bu soyadları ilk dəfədir eşidirəm. Mən onların nə etdiklərini, onlara nə etdiklərini heç də anlamıram". "Ancaq biz başa düşməliyik ki, uğur qazanmaq üçün, o cümlədən döyüş zonasında hamımız müəyyən qaydalara əməl etməliyik. Nə etdiklərini bilmirəm, sonra danışarsınız. Bəlkə də, onlar bu rəftara layiq deyillər", - ölkə lideri əlavə edib. Geri qayıt |